Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub

20 İyun 2019 23:18 (UTC+04:00)

Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 12 min manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Cəfərli saxlanılıb. Araşdırma aparılır.