Ötən ay ərzaq, içki və tütünün qiyməti ucuzlaşıb

20 İyun 2019 14:03 (UTC+04:00)

Bu ilin mayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri aprelə nisbətən 1,1 faiz ucuzlaşıb, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, mayda qeyri-ərzaq məhsullarının qiymətləri aprelə görə sabit qalıb, 5 ayda əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,3 faiz artıb.