Naməlum şəxs ev sahibini qarət etdi

20 İyun 2019 12:25 (UTC+04:00)

Yasamal rayon Polis İdarəsinini (RPİ) 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23:00 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirib.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, maddi sübutlar ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Araşdırma aparılır.