Eldar Qasımov indi də ətək geyinib, rəqs etdi VİDEO

20 İyun 2019 15:21 (UTC+04:00)

Müğənni Eldar Qasımov sosial şəbəkədə hər kəsin marağına səbəb olacaq video paylaşıb. SİA-nın məlumatına görə, sənətçi videoda ətək geyinərək, rəqs edir.

Onun sözügedən görüntülərdə ətək geyinməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər onu tənqid edib. Eldar isə bunun "dərviş" rəqsi olduğunu deyib.

Həmkarı Nigar Camal da onun rəqsinə reaksiya verib. Sənətçi Qasımovun paylaşımına "Biz səni itirdik" şərhini yazıb.