Dünya gücləri G20-də bir araya gələcək - Tramp-Putin-Si Cinpin

20 İyun 2019 12:09 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp gələn həftəOsaka şəhərində keçiriləcək G20 sammiti meydanlarında Rusiya lideri Vladimir Putin və ÇXR-in sədri Si Cinpinlə görüşəcəyini bəyan edib. SİA xəbər verir ki, Amerika administrasiyasının rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

“Rusiya ilə dostluq etmək istəyirəm və düşünürəm ki, belə də olacaq. Çinlə də dostluq arzulayıram və hesab edirəm ki, belə olacaq”, - deyə Donald Tramp aparıcının Rusiya və Çinlə münasibətlərin inkişafını necə gördüyü barədə sualına cavab verərkən bildirib.

Donald Trampın fikrincə, ABŞ və Rusiya arasında münasibətlərin korlanmasına Moskvanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi barədə xüsusi prokuror Robert Müllerin apardığı təhqiqat səbəb olub.