Putinə 1 milyondan çox sual var

20 İyun 2019 11:47 (UTC+04:00)

Bu gün Rusiya prezidenti Vladimir Putin canlı efirdə vətəndaşların suallarını cavablandıracaq. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, indiyədək vətəndaşlardan bir milyondan çox sual qəbul olunub. Canlı yayım üçün televiziya kanalları üç saat vaxt ayırıb.

Putinin canlı efiri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq və “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, “NTV”, “OTR”, “MİR” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossiyi” radiostansiyaları vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, 2018-ci ildə Rusiya prezidentinin canlı yayımı 4 saat 20 dəqiqə davam edib. Həmin vaxt 2 milyona yaxın müraciət daxil olub, Putin onlardan 73-nü cavablandırıb.