Neft ehtiyatları azalıb - ABŞ-da

20 İyun 2019 11:38 (UTC+04:00)

ABŞ-ın xam neft ehtiyatları geriləyib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,1 milyon barrel (0,6 faiz) azalaraq 482,4 milyon barrel olub. Bazar proqnozları da azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2,2 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,7 milyon barrel (0,7 faiz) azalaraq 233,2 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 800 min barrel artmışdı.