ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir

20 İyun 2019 10:07 (UTC+04:00)

ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir. SİA xəbər verir ki, bu gün konfransda “Təhsildə elitizm: üstünlükləri və çatışmazlıqları” və “Təhsildə liderlik - qlobal biliklər” mövzularında bölmə iclaslarında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Xatırladaq ki, konfrans ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində rast gəlinən problemlərə və onların araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır.