Siyasi partiyaların fəaliyyəti barədə məlumatlar dövlət reyestrinə daxil ediləcək

20 İyun 2019 10:03 (UTC+04:00)

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, siyasi partiyaların, həmkarlar ittifaqlarının fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar dövlət reyestrinə daxil ediləcək.