Şəkidə 4 otaqlı ev yanıb

20 İyun 2019 09:42 (UTC+04:00)

Şəkidə yanğın baş verib. SİA FHN-ə istinadən xəbər verir ki, şəhərin Baş Küngüt kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.