Bu gün ABŞ-da Qarabağ danışıqları başlayır

20 İyun 2019 09:13 (UTC+04:00)

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş baş tutacaq. SİA xəbər verir ki, nazirlərin görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. Görüşdən əvvəl hər iki nazir həmsədrlərlə danışıqlar aparıblar.