Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü

20 İyun 2019 09:02 (UTC+04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik arasında görüş keçirilib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.