Naməlum şəxsin Ağ Evin ərazisinə soxulmaq cəhdi nəticəsiz qalıb

20 İyun 2019 05:02 (UTC+04:00)

Vaşinqtonda naməlum kişi bel çantasını Ağ Evin ərazisinə atdıqdan sonra binanın ətrafında nəzarət gücləndirilib, giriş-çıxış məhdudlaşdırılıb.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Təhlükəsizlik xidmətinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bildirilir ki, həmin şəxs bel çantasını atdıqdan sonra velosipedlər üçün nəzərdə tutulmuş parkinq meydançasına keçmək istəyib. Bundan sonra o saxlanılıb.

Saxlanılan şəxsin kimliyi və hadisənin motivi açıqlanmır.