Yanğın səbəbindən 9 min nəfər evakuasiya edilib

20 İyun 2019 05:34 (UTC+04:00)

Kanadanın Alberta əyalətində meşə yanğınları səbəbindən 9 min nəfər öz evini tərk etməli olub.

SİA-nın məlumatına görə, bu barədə “Global News” nəşri xəbər yayıb. Nəşr bildirir ki, bu ərazidə yanğınlar mayın sonlarından davam edir.

İki gün öncə əyalətin üç rayonunun evakuasiya edilməsinə baxmayaraq yanğının sahəsi yenə genişlənməkdə davam edir. Birinci dərəcə yanğın xəbərdarlığı səbəbindən bir neçə rayona da evakuasiya xəbərdarlığı edilib.

Nəşr bildirir ki, təkcə yanğınlardan biri 324 min hektar ərazini əhatə edib. Hal-hazırda 2400 nəfər şəxsi heyət yanğının söndrlməsi əməliyyatlarında iştirak edir.