“Milan”ın yeni baş məşqçisi bu şəxsdir

20 İyun 2019 02:07 (UTC+04:00)

"Milan"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

SİA klubun rəsmi saytına istinadən məlumatına görə, Marko Campaolo "rossonyerlər"in "sükanı arxasına gətirilib.

"Sampdoriya"dakı 3 illik fəaliyyətinin ardından 52 yaşlı mütəxəssis "Milan"a rəhbərlik edəcək. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Çalışdırıcının fəaliyyəti rəhbərliyi qane etsə, bu müddət daha 1 il uzadılacaq.

Campaolonun illik məvacibi 2 milyon avro təşkil edəcək.