Emil Balayev kubokun finalında olmayacaq

19 İyun 2019 23:23 (UTC+04:00)

Qazaxıstan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

SİA xəbər verir ki, millimizin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Kaysar"ın qonağı olub. Emilin 90 dəqiqə oynadığı matçda komandası 0:3 hesabı ilə uduzaraq, iki görüşün nəticəsinə görə mübarizəni dayandırıb.

Qeyd edək ki, "Tobol" evdəki ilk oyunda "Kaysar"ı 1:0 hesabı ilə məğlub etmişdi.