“Keşlə”dən vacib transfer

19 İyun 2019 22:27 (UTC+04:00)

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA klubun mətbuat xidmətinə istinadən bildirir ki, paytaxt təmsilçisi 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ziya Əzizovu transfer edib. Gənc yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əzizovun son klubu Hollandiya 1-ci liqa təmsilçisi “NEK Neymegen” olub. Futbolçu bundan əvvəl isə “Den Boş” klubunun formasını geyinib.