Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

19 İyun 2019 21:33 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib. Trend-in məlumatına görə, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.