"Mançester Yunayted" Xuan Mata ilə müqaviləni yenilədi

20 İyun 2019 03:16 (UTC+04:00)

"Mançester Yunayted" futbolçusu Xuan Mata ilə müqavilənin müddətini uzadıb. Klubun saytında yer alan xəbərə görə, ispan yarımmüdafiəçi ilə 2+1 illik yeni müqavilə imzalanıb. Qeyd edək ki, X.Mata 2014-cü ildən Mançester təmsilçisinin şərəfini qoruyur. O, indiyə kimi burada oynadığı 218 matçda 45 qol vurub, 37 qolun ötürməsini verib.