"Mançester Siti" Kayl Uokerlə yeni müqavilə imzalayıb

20 İyun 2019 02:18 (UTC+04:00)

"Mançester Siti" futbolçusu Kayl Uokerlə yeni müqavilə imzalayıb. İngilis klubunun saytında yer alan xəbərə görə, 29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb. Qeyd edək ki, 2017-ci ildə "Tottenhem"dən Mançester təmsilçisinə keçən K.Uoker indiyə kimi 100 oyuna çıxıb.