Mats Hummels yenidən "Borussiya"da!

20 İyun 2019 00:36 (UTC+04:00)

"Bavariya"dan ayrılan Mats Hummels yenidən "Borussiya"ya qayıdıb. Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almaniya millisinin üzvü yeni klubunda ilinə 10 milyon avro qazanacaq. “Borussiya”nın Hummelsə görə “Bavariya”ya ödəyəcəyi təzminat məbləği isə 38 milyon avrodur. Qeyd edək ki, Hummels 2008-2016-cı illərdə də “Borussiya”nın formasını geyinib.