Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrike istefa verib. Trend-in məlumatına görə, məşqçi ilə İspaniya Kral Futbol Federasiyası müqaviləyə qarşılıqlı razılaşma ilə xitam veriblər. Qeyd olunur ki, məşqçi şəxsi məsələlərlə əlaqədar işini davam etdirə bilməyəcəyini deyib.