Ermənilər ümidsizlik girdabında

19 İyun 2019 16:36 (UTC+04:00)

Mənim Mnasakanyan və Məmmədyarov görüşündən böyük gözləntiərim yoxdur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Sətir arası” proektinin növbəti buraxılışında ekspert Karen Bekaryan deyib.

Məlumatda qeyd olunur ki, analitik Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən heç nə gözləmədiyini, ümidsiz olduğunu vurğulayıb.

“Nəzərə alsaq ki, Azərbaycan münaqişənin həllini qoşunların Dağlıq Qarabağ ərazisindən çıxarılmasında görür, görüşün müsbət nəticələri Ermənistan üçün inandırıcı görünmür. Daha doğrusu bu görüşdən gözləntilər və bu görüşə ümumiyyətlə yanaşmalar fərqlidir və məhz bu fakt təsdiq edir ki, görüş öz effektivliyi ilə çətin ki, digərlərindən seçilə”, -deyə Karen Bekaryan bildirib.

Qeyd edək ki, Azərbaycanın öz əzəli və əbədi torpaqlarını, Dağlıq Qarabağı lazım gəldikdə hərb yolu ilə geri almaq əzmində olması erməniləri münaqişənin həlli istiqamətdində ümidsizlik girdabına saldığı ekspertin fikirlərində tam şəkildə əks olunur və bu ümidsizlik bütün Ermənistanı öz ağuşuna almaqdadır.