Sakit Okeanda 6.4 bal gücündə zəlzələ olub

19 İyun 2019 16:11 (UTC+04:00)

Sakit Okeanda, Yeni Zelandiyaya aid ada yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Tədqiqat (USGS) institutu məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, zəlzələ saat 07:01-də qeydə alınıb.

Yeraltı təkanlar Yeni Zelandiyanın Lesperans adasından 140 kilometr şimal-şərqində qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.