İrəvanda soyğunçuluq baş alıb gedir

19 İyun 2019 15:46 (UTC+04:00)

İrəvanda Əməliyyat Axtarış idarəsinin keçmiş rəisi qarət edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dünən, 18 iyun tarixində İrəvanda Əməliyyat Axtarış idarəsinin keçmiş rəisi, polis general-mayoru Ovannes Tamamyanı qarət ediblər.

Məlumatda qeyd olunur ki, Tamamyan Kentron polis şöbəsinə müraciət edib və xəbər verib ki, həmin gün naməlum şəxs və ya şəxslər Qriqor Lusavoriç küçəsində onun saxlamış olduğu özünə məxsus 03 NN 003 dövlət nömrə nişanlı BMV markalı avtomobilinin şüşələrini sındıraraq ona məxsus olan çantasını, sənədlərini və digər əşyalarını oğurlayıblar.
Hazırda Kentron polis şöbəsində faktla bağlı materiallar toplanıb-hazırlanır.
Qeyd edək ki, Ovannes Tamamyan uzun illər polisdə yüksək rütbəli vəzifələrdə çalışıb və məhz belə birinə qarşı sözügedən fakt paytaxt İrəvanda soyğunçuluğun adi hala çevrildiyini, baş alıb getdiyini göstərir.