Səlim Babullaoğlunun "Müsahibə"si nəşr olunub -Təqdimat

19 İyun 2019 15:27 (UTC+04:00)

Şair Səlim Babullaoğlunun "Müsahibə" seçmə şeirlər kitabının təqdimatı olub. Təqdimat Serbiya Mühacirləri Mədəniyyət Mərkəzinin toplantı zalında keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan və serb dillərində bilinqva formatda işıq üzü görən kitabdakı şeirləri serb dilinə Katarina Paniç çevirib.

Tədbirdən əvvəl kitabın naşiri, Mərkəzin və “Dünya Yazıçılarının Belqrad Görüşü” kimi nüfuzlu beynəlxalq ədəbiyyat festivalının icraçı direktoru Miodraq Yakşiç azərbaycanlı qonaqla görüşüb.Daha sonra təqdimat mərasimi keçirilib. Miodraq Yakşiç mərasimi açıb, Səlim Babullaoğlunun yaradıcılığı barədə fikirlərini bölüşüb. Müəllifin şeirləri hər iki dildə səslənib və serb ədibləri fikir mübadiləsi aparıblar.Tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.