Bu il sahibkarlara 5 milyon manat ödənilib

19 İyun 2019 12:17 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında Azərbaycan sahibkarlarına 5,042 milyon manat ixrac təşviqi ödənilib. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.

İcraçı direktor həmçinin qeyd edib ki, cari ilin iyul ayında Azərbaycandan İsveçrəyə ixrac missiyası təşkil ediləcək və biznes-forum keçiriləcək. Yusif Abdullayev bundan başqa, gələn ay Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi açılacağı barədə də məlumat verib.
“Bu ilin sonuna qədər Qazaxıstanın Nursultan şəhərində Azərbaycan Ticarət Evinin, eləcə də Çinin bir neçə bölgəsində şərab evlərinin açılması istiqamətində danışıqlar aparılır”, - deyə o, diqqətə çatdırıb.