Komitə sədri və müavinlərinin vətəndaş qəbulları təxirə salınıb

19 İyun 2019 09:55 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iyunun 22-də Gəncə şəhərində, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun Göygöl rayonunda, Komitə sədrinin müavini Əsgər Abdullayevin isə Daşkəsən rayonunda nəzərdə tutulan vətəndaşların qəbulları təxirə salınıb.

Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bu bölgədən olan vətəndaşların qəbullarının yeni tarixi barədə əlavə məlumat veriləcək.