"Ermənistan-ABŞ münasibətlərində ciddi problemlər var" ÖZƏL-MÜNASİBƏT

19 İyun 2019 12:34 (UTC+04:00)

“Bir çoxlarından fərqli olaraq mən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-dakı görüşü ilə bağlı bir qədər fərqli mövqedəyəm. Bolton artıq sosial şəbəkədə də Azərbaycan və Ermənistan XİN başçılarını səbirsizliklə gözlədiyini yazıb”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, ABŞ Əsrin müqaviləsi imzalanandan sonra regionda daha çox iqtisadi sahələrdə aktiv idi: “İndi isə, Rusiya ilə davam edən geosiyasi qarşıdurma nəticəsində öz strategiyasının mühüm xətti olan Rusiyanın cənubunda da fəallaşmaqdadır. Baltikyanı ölkələr və Şərqi Avropadan sonra Qara dəniz vasitəsi ilə Cənubi Qafqaza istiqamətlənən ABŞ hər iki münaqişə tərəfi ilə ciddi söhbətlər edəcəkdir. Azərbaycan - ABŞ münasibətləri bu il ərzində yüksələn xətt üzrə inkişaf etməkdədir. Regionda son hadisələr Azərbaycanı Vaşinqtona daha da yaxınlaşağa vadar edir. Təsadufi deyil ki, bu il ərzində bir neçə dəfə Bakıdan nümayəndə heyəti ABŞ-a gedərək ölkədə dəyişən vəziyyət (demokratiya sahəsində vəziyyət, "məhbuslar" dövlət idarəçiliyi sahəsindəki islahatlar, məhkəmə islahatları) haqqında məlumatlandırmışlar.

Ermənistan-ABŞ münasibətlərində isə ciddi problemlər var. Guya Qərbçi olan Paşinyan da bu münasibətləri düzəltmək iqtidarında deyil. Vaşinqton Rusiya ilə sıx əlaqədə olan heç bir ölkəyə maliyyə yardımı etmək iqtidarında deyil. Təsadüfi deyil ki, düşmən ölkədəki seçkilərdən sonra da İrəvandan bir neçə dəfə yüksək heyətin Ağ evə və Dövlət Departamentinə səfərləri onların qapı arxasında qalmaları ilə nəticələnib. Ermənilərə dəstək ən yaxşı halda konqresdə davam edəcəkdir.

İş orasındadır ki, indi Vaşinqtonda oturan yəhudi lobbisinin əsas məqsədi İranı zəiflətməkdədir. Ermənistan isə, bloka məsələsini bəhanə gətirərək İran ilə münasibətlərində əvvəlki kimi, çirklu pulların yayılması, qanunsuz narkotik ticarəti, müəyyən silahların daşınması və s. davam etdirir. Səhv eləmirəmsə, 2003-cü ildə Wikileaks də bu haqda məlumat yaymışdır. Ancaq, ABŞ-dakı erməni lobbisinin səyi nəticəsində bütün bu illər ərzində ABŞ İrəvanı İran ilə münasibətlərinə görə heç vaxt sıxışdırmırdı”.