Sumqayıtda yanğın - sakinlər təxliyyə edildi

19 İyun 2019 10:09 (UTC+04:00)

Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. SİA FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində lift yanıb.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.