“Swedbank” Estoniyadakı fəaliyyətini müvəqqəti dayandırıb

19 İyun 2019 03:58 (UTC+04:00)

İsveçin ən böyük banklarından olan və adı qalmaqalda hallanan “Swedbank” Estoniyadakı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

SİA xəbər verir ki, çirkli pulların yuyulmasında adı hallanan bank Estoniyanın ən çox kapitala malik maliyyə qurumlarındandır. Hadisələrin araşdırılması üçün fəaliyyətini müvəqqəti olaraq donduran bank rəhbərliyi Estoniya üzrə direktor Robert Kitt və maliyyə direktoru Vayko Tammevalini vəzifəsindən uzaqlaşdırıb.

Cari ilin fevralında bankın Baltik ölkələri üzrə 50 müştərisi ümumi məbləği 40 milyard İsveç kronu olan əməliyyatlar həyata keçirib. Sözügedən məbləğ digər Skandinaviya bankı olan “Danske”nin hesablarına köçürülüb. “Danske” bankı da sentyabrda Baltik ölkələrindəki fəaliyyətini birdəfəlik dayandıracaq.