"Neftçi” futbol klubunun kapitanı Emin Mahmudov, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirib. Təcrübəli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib: "Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.