Peskov: "Zelenski və Poroşenkonun mövqeləri bir-birinə bənzəyir"

18 İyun 2019 15:43 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukraynanın lideri Vladimir Zelenski və Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun mövqelərinin bir-birinə bənzədiyinə dair düşüncələrlə həmfikirdir. SİA RT-yə istinadən xəbər verir ki, Peskov bunu jurnalistin Zelenski və Poroşenko tərəfindən istifadə edilən oxşar tezislər haqqında sualını şərh edərkən deyib.

"Biz diqqətlə izləyirik və onların mövqelərinin oxşarlığı ilə bağlı fikirlərinizlə razılaşmağa məcburuq", Peskov deyib.