Akademik Zərifə Əliyeva adına Lisey bu ili uğurla başa vurub - TƏDBİR - FOTOLAR

18 İyun 2019 15:30 (UTC+04:00)

Akademik Zərifə Əliyeva adına Liseyin bir illik fəaliyyətini əks etdirən tədbir keçirilib. SİA-nın məlumatına görə, bildirilib ki, Lisey 2018-2019-cu ili də uğurla başa vurub.

Belə ki, bu il 631 şagirdi olan lisey 181 məzun yola salıb. Məzunlardan respublika fənn olimpiadasında 16 şagird qızıl, gümüş, bürünc medal (1 qızıl, 9 gümüş, 6 bürünc) qazanıb.

AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunun keçirdiyi “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsində 9 şagird sentyabrda keçiriləcək final turuna 1 qızıl, 9 gümüş, 6 bürünc) hüququ qazanıb. May ayında Tiflisdə keçirilən World Scholar”s Cup (WSC) beynəlxalq olimpiadasında iştirak edən şagirdlər müxtəlif ölkələrin 100 komandası arasında seçilərək 2-ci yerə layiq görülüblər. Onlar ayrı-ayrı nominasiya üzrə 3 kubok, 25 qızıl və 45 gümüş medalla təltif olunublar.

Bundan başqa, “Ədəbiyyat biliciləri” müsabiqəsində 11-ci sinif şagirdi Nəzrin Məmmədova I yerə layiq görülüb.

Ötən ildən robototexnikanı tədrisin bir komponenti kimi götürən lisey bu sahədə də uğurlara imza atır, şagirdləri mühəndislik və texnologiya istiqamətində düşündürməyi gələcək üçün vacib sayır.

Oktyabr ayında keçirilimiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və Gənclərin Təhsil, Təlim , Peşə və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Robot Olimpiadasında şagirdlərdən Xuduzadə Naim və Bayramov Ruslan III yerə layiq görülüblər.

Şagirdlər Rumıniyada keçirilən İNFOMATRIX layihə müsabiqəsində robototexnika sahəsində 1 qızıl, 2 gümüş medal qazanıblar. ( Qasım Qasımzadə - qızıl, Yusif Qasımzadə və Nəcəf Məmmədov - gümüş).

III Robot Olimpiadasında liseyin şagirdlərindən Bayramov Ruslan, Bilalov Elvin, Tahirov Cabir II yerə layiq görülmüşlər. Təhsil Nazirliyinin “STEM-təhsil “ sahəsində 3 müəllimimiz iştirak edib. Bu layihənin liseyin təhsilinə yeni bir qatqı verəcəyinə inanırıq. Liseyin digər təhsil üçün prioritet saydığı istiqamət layihələrlə isdir.Sabahın Alimləri müsabiqəsində 7 layihə ilə 3 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülüb. Amerikada keçirilən İntel İSEF-beynəlxalq yarışda 3 layihə ilə şagirdlərimiz ölkəmizi təmsil etmişlər. Layihələrinə görə X sinif şagirdi Qədirzadə Aydan Ricoh şirkətinin sertifikatına, 9-cu sinif şagirdi Həmidli Nihad və 11-ci sinif şagirdi Qədimli Nofəl isə Yale Elmi və Mühəndislik birliyi tərəfindən 2019-cu ilin mükafatına layiq görülüblər.

Dekabrda Bakı Mühəndislik Universitetinin keçirdiyi tələbə və şagirdlərin qatıldığı IV Qış Elm – Festifalında şagirdlərimiz Nofəl Qədimli və Zəhra Qədimzadə “Clik Enerji” layihəsi ilə II yeri tutublar.

10-cu sinif şagirdi Arif Qəhrəmanlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var” II ümumrespublika elm-yaradıcılıq müsabiqəsində III yerə layiq görülüb. Arifin bu layihəsi həmçinin “Climatelaunchpad” Azərbaycan 2018 startap proqramının ölkə finalına keçmiş 13 layihədən biri olub.

May ayında Türkiyədə keçirilən “MEF Təhsil Qurumları, Araşdırmalar” layihə müsabiqəsində iştirak edən 11-ci sinif şagirdi Tərlan Alışanlı və 10-cu sinif şagirdi Məryəm Hacıyeva 750 layihə arasında III yeri qazanıblar.

9-cu sinif şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev Avrasiya Patent Təşkilatı tərəfindən keçirilən yarışda layihələri ilə I yerə layiq görülüblər.

İyun ayında “ İnnoFest Village” çərçivəsində keçirilən pit-chig müsabiqəsində də şagirdlərimiz uğura imza atıblar. ABŞ səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “TechFest Baku” müsabiqəsində şagirdlərimizdən Aydan Qədirzadə layihəsi ilə I yerə, Qədimov Nofəl və Qasımzadə Zəhra isə III yerə layiq görülüblər.

Liseydə əsas istiqamətlərdən biri də qloballaşan dünyada şagirdlərimizi beynəlxalq təhsil təcrübəsi ilə tanış etməklə özlərini dünyanın müxtəlif ölkələrinin iştirak etdiyi müsabiqələrdə eyni müstəvidə sinamaqdır.

Yanvar ayında Qətərdə Beynəlxalq “MUN” konfransında 13 şagird, 3 müəllim iştirak etmişdir, Aprel ayında Türkiyədə “Robert College İnternational Model United Nations” konfransında 2 müəllim və 15 şagird iştirak etmiş , bütün dünyadan 300-dən çox şagirdin iştirak etdiyi illik beynəlxalq toplantıda şagirdlərimiz beynəlxalq təcrübə qazanıblar.

Qeyd edək ki, Lisey beynəlxalq təhsil arenasında milli təhsil brendi olmagı məqsəd seçib. Liseyin amalı təhsilimizdən alan güclə qlobal miqyasda tanınmaq və məmləkəti intellektimizlə qloballaşdirmaqdır.