Rusiyanın səfiri Ermənistan XİN-ə çağrıldı

18 İyun 2019 11:07 (UTC+04:00)

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşdükdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. SİA 1in.am saytına istinadən xəbər verir ki, (https://ru.1in.am/1261491.html) bu barədə parlamentin Xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan məlumat verib.

Daha öncə Rusiyanın diplomatik missiyasından bildirilib ki, S.Kopırkin ictimai siyasi və işgüzar dairələrlə keçirilən müntəzəm görüşlər çərçivəsində R.Koçaryanla da görüşüb.

“Bu gün mən komissiyanın bu görüşün müzakirəsinə həsr olunmuş iclasından sonra xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışdım. O bildiridi ki, səfir bununla bağlı cümə günü XİN-ə çağırılıb. Səfirlə söhbət aparılıb və ona Ermənistanın daxili işlərinə qarışmamaq tövsiyə olunub”, - deyə R.Rubinyan bildirib.