"İdlib Suriya ərazisidir, bütün qüvvələr oranı tərk etməlidir" Suriya XİN rəhbəri

18 İyun 2019 10:42 (UTC+04:00)

“İdlib Suriyanın bir hissəsidir. Türkiyə oranı işğal edib. Ölkəyə qeyri-qanuni şəkildə daxil olan bütün qüvvələr oranı tərk etməlidir. Biz İdlibdə Türkiyə ordusu ilə qarşıdurmaya girməyə çalışmırıq. Lakin İdlibi terror birləşmələrindən təmizləyəcəyik”. SİA əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim deyib.

Çinə səfəri zamanı bu ölkənin XİN rəhbəri ilə birgə mətbuat konfransı keçirən V.əl-Müəllim bildirib ki, Türkiyə ölkənin bir hissəsi olan İdlibi işğal edib və orada Ən-Nusra Cəbhəsi və digər terror birləşmələrini dəstəkləyir.

Suriya XİN rəhbəri ABŞ kimi Türkiyə hərbi qüvvələrinin də ölkədən dərhal çıxmalı olduğunu dilə gətirib.

Suriya XİN rəhbəri həmçinin ABŞ-ın İran, Çin, Venesuela və sair ölkələrə qarşı siyasətini iqtisadi terror adlandırıb və dünyada birtərəfli siyasətin aparılmasını pisləyib.