"İşğalçı ölkə substantiv danışıqlara getmək istəmir” ÖZƏL-MÖVQE

18 İyun 2019 11:10 (UTC+04:00)

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır. Çünki işğalçı ölkə substantiv danışıqlara getmək istəmir”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

“Ona görə də çalışır ki, Qarabağda toqquşma olsun, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də yenidən danışıqlarda diqqəti atəşkəs rejiminin pozulmasının qarşısının alınması və bu qəbildən olan ikinci dərəcəli məsələlərə yönəltsinlər. Amma həmsədrlər də gözəl bilirlər ki, atəşkəs rejiminin pozulmamasının ən effektli və doğru yolu işğalçı ordunun Azərbaycan torpaqlarını tərk etməsidir. Bildiklərini nə qədər tez dilə gətirsələr, burada sülhə, eyni zamanda da beynəlxalq hüquqa bir o qədər çox töhfə vermiş olarlar”-deyə, S.Alıyev fikrini tamamlayıb.