Pərvin açıq-saçıq geyimlərinə görə onu tənqid edənləri "yıxıb-sürüdü" FOTOLAR

18 İyun 2019 11:11 (UTC+04:00)

Aktrisa Pərvin Abıyeva açıq-saçıq geyimlərinə görə onu tənqid edənlərə cavab verib. SİA-nın məlumatına görə, aktrisa həmin şəxsləri "yıxıb-sürüyüb": “Deməli, bir az bekarçılıq oldu, girdim saytlarda haqqımda yazılan xəbərlərdəki rəylər oxudum. İlahi, biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qaraqəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradandır? Əslində, sizi yox, valideynlərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkib. İnsan övladını bu cür düşmən kimi böyütməməlidir.

Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm.

Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn: mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar”.

Qeyd edək ki, Abıyeva geyimləri ilə zaman-zaman tənqidlərə məruz qalır.