Nadir: "Qaşlarımı almıram" VİDEO

18 İyun 2019 10:30 (UTC+04:00)

"Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva olub. SİA-nın məlumatına görə, Nadir haqqında deyilən "Qaşlarını alır" sözlərinə münasibət bildirib.

"Yazanda, qaşını alır, elə bil nəslimi söyürlər. Mənim qaşlarım anadangəlmə belədir" deyə, sənətçi bildirib.

Qafarzadə daha sonra "Sosial şəbəkədə ən çox kim status yazır: Nura Suri, yoxsa Nadir" sualına belə cavab verib:

"Nura Suri mənə sataşır. Məndən nə istəyirsən? Hərdən görürsən ki, ona aid olmayan məsələlərə müdaxilə edir. Sənin nə işinə qalıb? Belədə ki, et, sənə olar".