ABŞ Rusiya sərhədlərinə bir addım daha yaxınlaşır

18 İyun 2019 09:03 (UTC+04:00)

NATO Amerika Birləşmiş Ştatlarına (ABŞ) aid hərbçiləri Polşanın şərqində altı nöqtədə yerləşdirəcək. SİA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak “Polşa radiosu”nda məlumat verib.

O, ölkənin şərq sərhədlərinin gücləndirilməsini məqbul saydığını deyib. ABŞ prezidenti Donald Tramp da bu məsələyə aydınlıq gətirərək bildirib ki, Polşa hökuməti mindən çox hərbçini ölkəsində qəbul etməyə hazırdır.