Yaşlı qadın hündürmərtəbəli binadan yıxılaraq dünyasını dəyişib

18 İyun 2019 01:26 (UTC+04:00)

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, hadisə Q.Qarayev küçəsindəki hündürmərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, yaşlı qadın həmin binanın yuxarı mərtəbələrindən yıxılaraq dünyasını dəyişib.

Hadisənin təfərrüatları araşdırılır.