Prezident Vladimir Putin və Baş nazir Tereza Mey Yaponiyada görüşəcəklər

17 İyun 2019 18:56 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Tereza Mey və Rusiya Prezidenti Vladimir Putin iyun ayının sonunda Yaponiyada görüşəcəklər.

SİA xəbər verir ki, görüş “G20” sammiti çərçivəsində həyata keçiriləcək. Görüşdə iki ölkə arasında münasibətlərin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək “G20” sammiti Tereza Meyin Baş nazir kimi iştirak etdiyi son beynəlxalq tədbir olacaq.