Hansı xəstəliyi olanlara sarımsaq yemək olmaz?

18 İyun 2019 02:01 (UTC+04:00)

Sarımsağın güclü profilaktik və müalicəvi xüsusiyyətləri saymaqla bitməz. Belə ki, sarımsaq təbii antiseptik və antibiotikdir, xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır, xərçəngəleyhinə təsirə malikdir. Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı sarımsağın istehlakı ziyan vura bilər, xəstəliyin kəskinləşməsinə və ya ağırlaşmasına səbəb ola bilər. Beləliklə, hansı xəstəliklər zamanı sarımsaq yemək olmaz?

Bu ilk növbədə qaraciyər və böyrək xəstəlikləri olan insanlara aiddir. Mədə xorası, xroniki qastrit, bağırsaq iltihabları zamanı sarımsaq yemək olmaz. Təzyiqi aşağı olan və göz xəstəliklərindən əziyyət çəkən insanlar da sarımsaqdan imtina etməlidir.

Öd daşı xəstəliyi, pankreatit və babasil zamanı sarımsağın istehlakı ziyanlı sayılır. Sarımsaq epilepsiyadan əziyyət çəkən insanların vəziyyətinə mənfi təsir edə bilər. Ürək ritminin pozulması da sarımsağın istehlakı üçün əks-göstəriş sayılır. Ümumiyyətlə hətta sağlam insan da çox sarımsaq yeməməlidir ki, bu orqanizmə ziyan vura bilər.