Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

17 İyun 2019 21:03 (UTC+04:00)

Paytaxt sakinindənhədə-qorxu yolu ilə pul tələb edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Səbail rayonunda qadın kişini şantaj edib.

44 yaşlı paytaxt sakini X.M. şikayət ərizəsi ilə Səbail rayon Polis İdarəsinə müraciət edib. Ərizəyə görə, keçmiş sevgilisi intim "WhatApp” yazışmalarını həyat yoldaşına göstərəcəyi ilə hədələyib. Susması müqabilində ondan beş min manat pul və kondisioner tələb edib.

"Nakam sevgi qurbanı” isə keçmiş məşuqəsinin bütün tələblərini yerinə yetirib, ancaq sonra peşman olaraq polisə müraciət etməyi qərara alıb.