"Keşlə" argentinalı futbolçu ilə birillik müqavilə imzalayıb

17 İyun 2019 17:30 (UTC+04:00)

"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxt təmsilçisi argentinalı Franko Valentin Floresi heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Franko Flores son olaraq Kiprin "Alki Oroklini" komandasında çıxış edib.