Bakıda elmi konfrans keçiriləcək

17 İyun 2019 13:30 (UTC+04:00)

Sabah AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası" mövzusunda III respublika elmi konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfrans saat 10:00-da öz işinə başlayacaq.

Qeyd edək ki, tədbir "İstiqlal" Muzeyinin 100 illiyinə həsr olunacaq.