Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb

17 İyun 2019 04:14 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon ABŞ dollarına çatıb.

SİA Belarus Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 83,7 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 9,2 milyon dollar olub.

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.