Super Liqa klubunda baş məşqçi istefası

16 İyun 2019 23:40 (UTC+04:00)

Türkiyənin “Ankaragücü” klubunun baş məşqçisi Mustafa Kaplan komandadan ayrılıb.

SİA xəbər verir ki, bu barədə Kaplan özünün şəxsi Twitter səhifəsində yazıb. 51 yaşlı mütəxəssis kluba və azarkeşlərə minnətdarlığını bildirib və onlarla vidalaşıb.

Qeyd edək ki, Kaplan bu ilin yanvarından paytaxt təmsilçisini çalışdırırdı. Onun komandası mövsümü 13-cü pillədə başa vurub.