Buffon “PSJ”dən ayrılmasının səbəbini açıqlayıb

16 İyun 2019 19:28 (UTC+04:00)

Canluici Buffon PSJ-dən ayrılmasının səbəbini açıqlayıb.

SİA İtaliya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, italiyalı qolkiper ehtiyatda oturmaq istəmədiyi üçün bu addımı atdığını bildirib:

"Hələ 5 ay öncə PSJ-də mənə ikinci qapıçı olmaq təklif edildi. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtım var idi. Sonda belə qənaətə gəldim ki, bu, mənlik deyil. Bu səbəbdən böyük pullardan imtina etdim və müqaviləmi uzatmamaq qərarına gəldim. PSJ-nin təklifi tamamilə qanuni, anlaşılan və cəlbedici idi. Amma dediyim kimi, oynamaq istəyirəm. Paris klubundan ayrıldıqdan sonra bir neçə yaxşı təklif almışam".

Qeyd edək ki, Buffon PSJ-yə 2018-ci ilin yayında "Yuventus"dan keçmişdi.