Ərəb Dövlətləri Liqasının baş katibi Sudana səfər edib

16 İyun 2019 18:59 (UTC+04:00)

Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt ölkədə vəziyyətin sabitləşdirilməsi səyləri çərçivəsində vasitəçi missiyası ilə Sudana səfər edib.

SİA xəbər verir ki, səfər çərçivəsində ƏDL-ın baş katibi Xartumda müvəqqəti hərbi şuranın nümayəndələri və etiraz hərəkatının aparıcı qüvvəsi olan “Azadlıq və dəyişiklik” alyansının liderləri ilə görüşəcək. Onun əsas məqsədlərindən biri – keçid dövrünün hazırki vəziyyətini öyrənmək və gələcək hakimiyyət orqanlarının formalaşdırılmasında konsensusa gəlinməsi üçün tərəflərin mövqelərini yaxınlaşdırmaqdir.